Problemi yaradan və onun həllinə məcbur Rusiya

Yazarlar 13-noy, 12:279 tv713 72 0



Problemi yaradan və onun həllinə məcbur Rusiya
NƏSİMAN YAQUBLU


2020-ci ilin noyabrın 10-da gecə saat 01.00-da Rusiya dövlətinin müharibənin dayandırılıb Rusiya sülnməramlı qoşunlarının Azərbaycan ərazisinə(münaqişə zonasına) daxil etmək istəyi(bunu tələb kimi də oxumaq mümkün) çox məqamların olduğunu sübut etdi.Bir neçə gün sonra N.Paşinyanın maraqlı açıqlaması da oldu.O, bildirdi ki, Ermənistan ordusu mühasirəyə alınmışdı və onların Azərbaycan ordusu tərəfindən tamamilə məhv edilməsi gözlənilirdi.Bax belə bir məqamda, yəni Azərbaycan ordusunun zəfər yürüşlərinin qarşısının alınmaz olduğu və 100 illik qondarma “Dağlıq Qarabağ” probleminin həll edilib başa çatdığı bir zamanda Rusiya Prezidenti V.Putin “STOP!”(yəni dayan) işarəsini verdi və biz dayanmaq məcburiyyətində qaldıq.Dayanmaya bilərdikmi? Bax bu sual maraqlı cavablar tələb edir.Bu suala cavab vermək üçün mütləq tarixə diqqət yetirməliyik.

Qeyd etməliyik ki, əldə etdiyimiz nəticələr uğurludur(üç rayonun- Kəlbəcər, Laçın, Ağdamın da qaytarılması prosesinin başa çatacağına inanırıq).Xüsusən Şuşanın da işğaldan azad edilməsi hamımızı məmnun etdi.Lakin istəyirdik ki, digər bölgələrimizdən erməni işğalçıları tamamilə çıxarılsın və ümumilikdə bu problemin həlli birdəfəlik başa catsın.Təəssüflər ki, bu hadisə baş vermədi və bundan sonrakı fəaliyyətimizdə diqqətli olmağı da bacarmalıyıq..

Əslində bu problemi yaradan Rusiya dövlətidir.Ermənilər isə burada hər zaman vasitə olub.”Dağlıq Qarabağ” adı ilk dəfə 1906-cı ildə fevral ayında Rusiya rəsmilərinin Tiflisdə keçirdiyi azərbaycanlı və erməni ziyalılarının toplantısında ermənicə çıxan “Mşak” qəzetinin redaktoru Kalantar tərəfindən səsləndirilib.Tanınmış mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu isə ilk olaraq bu ada etiraz edib.1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb və bu ad hüquqi xarakter alıb(yenə Rusiya dövləti, bu dəfə “Sovet” libasında).

1988-1992-ci illərdə Dağlıq Qarabağda erməni özbaşınalığına göz yuman, azərbaycanlıların doğma yurdlarından didərgin salınmasına “susan” da rus əsgərləri olmuşdu.Erməni işğalından sonra 30 illik atəşkəs dövründə rayonlarımızın, kəndlərimizin dağıdılması, mədəniyyət abidələrimizin məhv edilməsi, orada yaşayış yox, hərbi istehkamlar yaradılması da Rusiyanın gözü qarşısında baş verib.

Bəs indi nə hadisədir ki, Rusiya bu münaqişənin həllində geriyə müəyyən addımlar atır? Təbiidir ki, qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycanın yanında olması və dəstəyi ilə bağlı atdığı addımlar bunu reallaşdırıır. Türkiyənin fəallığı, Azərbaycanın ərazi bütövlüyünü ciddi müdafiəsi, müxtəlif formalarda Rusiya rəhbərliyinə çatdırması bu məsələnin həllində önəmli rol oynamaqdadır.

Digər tərəfdən N.Paşinyanın Rusiya tərəfindən cəzalandırılması vacibliyini də bu səbəblər sırasına daxil etmək mümkündür.

Bir başlıca səbəb isə Rusiyanın köhnə və sovetdən qalan siyasətdən yaxa qurtarmaq istəyidir.Bu siyasət Rusiyanı getdikcə uçuruma sürükləyir və xoş bir gələcək vəd etmir.Bir rus tədqiqatçısı yazır ki, bizdə-Rusiyada bəzi sahələrdə hələ də çar Rusiyası dövründən qalan qanunlar işləyir.Yəni Rusiya köhnəlib və o yeniləşməlidir.Bəs sovetdən qalan hansı problemlər Rusiyanın inkişafına mane olur? Birincisi,Rusiya keçmiş sovet respublikalarına münasibətini dəyişməli və onların müstəqilliyi faktını həzm etməyi bacarmalıdır. İkincisi, keçmiş sovet bölgələrini təsirdə saxlamaq üçün özünün fəallığı ilə yaradılan və dondurulan münaqişələrin həllinə ya mane olmamalı, ya da obyektiv mövqe tutmalıdır. Üçüncüsü, dünyanın ona qarşı getdikcə güclənən iqtisadi sanksiyalrının qarşısını almaq haqqında düşünməlidir.Dördüncüsü, özünü Ermənistan kimi işğalçı dövlətlərin əsassız himayəçisinə çevirməməlidir.Beşincisi,Rusiyanın bu ağır durumunda onun yanında dayanıb problemlərini həll etmək istəyən Türkiyə ilə daha da yaxın münasibət yaratmalıdır.Altıncısı, Türkiyənin getdikcə Rusiyanın ətrafında və ərazisində yaşayan müsəlman-türk toplumuna təsirinin artması faktını diqqətə almalıdır.

Əgər Rusiya bu amillərə diqqət etməyi bacarsa, onda Qarabağ probleminin həlli yolunda yandırdığı “STOP!” işarəsini tez aradan götürər, Türkiyənin və Azərbaycanın özünə olan dostluq rəğbətini artırıb özünün də rahat gələcəyini təmin edər. Rusiya hazırda yaranmış bu tarixi qazanc məqamını heç bir iqtisadi inkişaf perspektivi və fayda görmədiyi bir dövlətə, son illərdə şahidi olduğu Ermənistan “sürüşkənliyinə və etibarsızlığına” qurban verməməlidir.Rusiya öz siyasətində Türkiyə gücünü və sədaqətini, Azərbaycan etibarlılığı və mərdliyini dəyərləndirməyi bacarmalıdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr