DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri - 4

Şahidlər və Şəhidlər 28-avq, 09:189 tv713 675 0



MƏMMƏDOV ASİF YUSİF OĞLU


DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri - 4

12 mart 1973-cü ildə Bakı şəhərində anadan olub.

1980-1990-cı illərdə Bakı şəhəri, Xətai rayonunda yerləşən 254 saylı orta məktəbdə oxuyub.

1990-1991-ci illərdə sovet ordusu sıralarında Leninqradda mühəndis istehkam batalyonunda xidmət edib.

Xocalı soyqırımından sonra sovet ordusu sıralarından qaçıb Azərbaycana gəlir. Azərbaycana qayıdandan sonra könüllü olaraq 713 saylı tabora yazılıb. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Ordudan tərxis olunduqdan sonra 1994-1996-cı illərdə Qarabağ Əlillər Cəmiyyətinin Xətai rayon şöbəsinin sədri olub.

Ali təhsillidir.

1998-2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində oxuyub. Ali təhsilini başa vurduqdan sonra Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 84 nömrəli orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olub.

2003-2005-ci illərdə Sumqayıt Dövlət Universitetində magistratura təhsili alıb.

Ailəlidir, üç oğlu var.

2007-ci ildən indiyə kimi Sabunçu rayonunda 311 saylı orta məktəbdə öz ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğuldur.






AĞAYEV MEHMAN AĞA OĞLU







20 dekabr 1959-cu ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub.

1967-1977-ci ildə Şamaxı rayonunda 1 nömrəli orta məktəbdə oxuyub. 1977-ci ildə Bakı Kooperasiya texnikumuna daxil olur.

1978-1980-ci illərdə sovet ordusu sıralarında Arxangelskdə mühəndis istehkam batalyonunda serjant rütbəsində xidmət edib.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra 1980-1981-ci illərdə təhsilini davam etdirib.

Şamaxı şəhərində bir sıra ictimai iaşə müəssisələrində işləyb. Sonradan bu fəaliyyətini Xəzər Dəniz Gəmiçilik İdarəsində texnik-texnoloq kimi davam etdirib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunandan sonra könüllü olaraq 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün 3-cü tağımında xidmət edib. Laçın və Ağdərə rayonu ərazisində aparılan hərbi əməliyyatlarda iştirak edib. Keçmiş Ağdərə rayonunda Vəng uğrunda gedən
Qızğın döyüşdə yaralanıb.

Ordudan tərxis olunandan sonra 1993-1994-cü illərdə Nəsimi rayonunda mülki müdafiə qərargahında aparıcı mütəxəssis kimi işləyib.

1995-ci ildən 2000-ci ilə qədər turizm sektorunda fəaliyyət göstərib. 2000-2012-ci illər arasında fərdi biznes fəaliyyətilə məşğul olub. Hazırda işsizdir.

Ailəlidir.

İkinci qrup əlildir.





MƏMMƏDOV NƏSİB MƏHƏMMƏD OĞLU








Məmmədov Nəsib Məhəmməd oğlu 01.08.1962- ci ildə Laçın
rayonunun Piçənis kəndində müəllim ailəsində anadan olub.

1969-1979-cu illərdə Piçənis kənd orta məktəbində təhsil alıb.

1979-1986-cı illərdə o zamankı leytenant Şmidt adına maşınqayırma zavodunda
çilingər kimi əmək fəaliyyətinə başlayıb.

1980-1983-cü illərdə sovet ordusu sıralarında Hərbi Dəniz Donanmasında Kalininqrad, Leninqrad (Pribaltika) Liepaya-Klaypeda və Bakı şəhərində SKR tipli hərbi gəmidə xidmət edib.

1984-1989-cu illərdə Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.

1989-1992-ci illərdə Piçənis kənd orta məktəbində müəllim işləyib.

1991-ci ilin noyabr ayından 1992-ci ilin may ayına qədər Laçın alayında
811 saylı hərbi hissədə xidmət edib.

1992-ci il iyun ayından 713 saylı taborda 1992-ci ilin sentyabr ayına qədər xidmət edib.

Sinradan xidmətini 1993-cü ildən MTN-nin tərkibində olan DRQ –də 1995-ci ilə qədər davam etdirib.

1995-ci ildən Sərhəd Qoşunlarının 2008 saylı hərbi hissəsinin 13 saylı sərhəd zastavasında zastava rəisinin müavini, 1996-cı ildən 1998-ci ilə qədər Sərhəd zastavasının rəisi olub.

1998-ci ildən Bakı şəhəri Aviasiya Təhlükəsizlik İdarəsində xidmətini növbə rəisi, komanda rəisi kimi 2009-cu ilə qədər davam etdirib.

2009-cu ildən indiyə qədər özəl sektorda
fəaliyət göstərir.

Ailəlidir, 1 oğlu , 2 qızı, 4 nəvəsi var.

Bakı şəhəri. Biləcəri qəsəbəsi, DESKA yolu, 8-ci dalan, ev 40-da yaşayır.




ƏSƏDOV VASİF İSA OĞLU



01.09.1966-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1973-1983-cü illərdə Mişni kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Macarıstanda reaktiv artilleriya qoşun birləşmələrində başa vurub.

Orta təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra 1987-1988-ci illərdə Laçın rayonu 1 saylı texniki peşə məktəbində oxuyub.

1988-1992-ci illər arasında laçın rayon təmir tikinti idarəsində işləyib.

Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunduqdan sonra Əsədov Vasif könüllü olaraq ordu birləşmələrinə yazılır. 713 saylı tabora daxil olan Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra 1992-1996-cı illərdə yenidən Laçın rayon təmir-tikinti idarəsində işləyib.

1996-1998-ci illərdə Laçın rayon mədəniyyət şöbəsində səyyar kitabxanaçı kimi fəaliyyət göstərib.

1998-2006-cı illərdə fərdi təsərrüfatla məşğul olub.

2006-2008-ci illərdə yenidən Laçın rayon mədəniyyət şöbəsində kitabxanaçı işləyib.

2008-2014-cü illərdə fərdi təsərrüfatla məşğul olub.

Ailəlidir, bir qızı, bir oğlu var.

2014-cü ildən etibarən ictimai iaşə müəssisələrində çalışır.





İBRAHİMOV SAHİB ƏLƏMŞAH OĞLU




20.09. 1954-cü ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1961-1971-ci illərdə Pircahan kənd orta məktəbində oxuyub.

1973-1975-ci illərdə Cexoslavakiyada sovet ordusu sıralarında mühəndis-istehkam hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Orta texniki təhsillidir.

1975-1979-cu illərdə Bakı Politexnik texnikumunda sənaye və mülki tikinti üzrə təhsil alıb.

1979-cu ildən etibarən ara fasilələrləAzərbaycan Nəqliyyat Trestinin nəzdindəki ayrı-ayrı idarələrdə işləyib.

1990-1992-ci illərdə Xəzər Dəniz Gəmiçilik İdarəsində təmir tikinti müəssisəsində fəaliyyət göstərib.

1992-ci ildə işğalçı Ermənistanın ordusuna qarşı döyüşmək üçün könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində keçirilən hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra 1993-cü ildən 2011-ci ilə qədər “Azərtunel” Tikinti İdarəsində çalışıb.

Ailəlidir, üç oğlu var.

İbrahimov Sahib 2011-ci ildən indiyə kimi “Hidroinşaatservis” MMC-də işləyir.




MƏMMƏDOV TAHİR HƏSƏNBALA OĞLU







28 dekabr 1952-ci ildə Salyan rayonunda anadan olub.

1958-1967-ci ildə Salyan rayonu, 27 nömrəli orta məktəbin səkkizinci sinfini bitirib. 1967-ci ildə politexnik texnikumuna daxil olur.

1971-1973-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Kirov şəhərində daxili qoşunlarda xidmət edib.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra texnikumda təhsilini davam etdirib.

1974-cü ildən 1976-cı ilə qədər Salyan rayonunda 9 nömrəli su meliorasiya idarəsində iş icraçısı işləyib.

1976-1978-ci illərdə Salyan rayonunda plastmas zavodunda təchizatçı mühəndis kimi çalışıb.

1978-ci ildə Bakıya köçür. Elə həmin ildən Bakı şəhəri 1 nömrəli TTİ-də, 1985-ci ildən 1992-ci ilə qədər isə 9 nömrəli təmir tikinti idarəsində iş icraçısı işləyib.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunandan sonra 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölükdə tağım komandiri olub.

Ordudan tərxis olunandan sonra müxtəlif istiqamətlərdə fərdi biznes fəaliyyətilə məşğul olub.

Ailəlidir, bir oğlu, bir qızı var.

Təqaüdçüdür.





QASIMOV NİYAZ ARAZ OĞLU




28.11. 1966-cı ildə Laçın rayonunun Zorkeşiş kəndində anadan olub.

1973-1983-cü illərdə Zorkeşiş kənd orta məktəbində oxuyub.

1985-1987-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Xidmətini Moskvada mühəndis-istehkam hərbi hissəsində başa vurur.

Orta təhsillidir.

1987-1990-cı illərdə Ukraynada avtomobil zavodunda işləyib.

Məlum hadisələrlə əlaqədar olaraq 1990-cı ildə vətənə dönən Qasımov Niyaz 1992-ci ilə qədər taksi fəaliyyətilə məşğul olur.

Ermənistanın qəsbkar siyasətindən sonra 1992-ci ildə könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra sürüçü işləyib.

Ailəlidir, iki oğlu var.

Qasımov Niyaz hazırda da taksi fəaliyyətilə məşğuldur.






MİKAYILOV MİKAYIL ŞAHVERDİ OĞLU







31.01.1949-cu ildə Laçın rayonunun AlIqulu kəndində anadan olub.

1956-1966-cı illərdə Alqulu və Pircahan kənd orta məktəblərində oxuyub.

1968-1970-ci ildə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb, Gürcüstanda daxili qoşunlarda xidmət edib.

Orta təhsillidir.

1970-ci ildən etibarən rayondakı müxtəlif idarə və təşklatlarda sürücü kimi işləyib.

Ermənistanın Azərbaycana təcavüzündən sonra 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Subaydır.

Müharibədən sonra indiyə qədər fərdi təsərrüfatla məşğuldur.




QƏHRƏMANOV MƏZAHİR CƏMALƏDDİN OĞLU




Qəhrəmanov Məzahir Cəmaləddin oğlu 06.07.1968-ci ildə Laçın rayonunun Kürdhacı kəndində doğulub.

1975-1985-ci illərdə Kürdhacı kənd orta məktəbini bitirib.

1986-1988-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Leninqradda mühəndis istehkam qoşun hissəsində başa vurub.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Kürdhacı kənd ərzaq mağazasında müdir işləyib.

Orta təhsillidir.

1988-ci ildə Azərbaycana qarşı erməni separatizminin baş qaldırdığını görən Qəhrəmanov Məzahir 1992-ci ildə könüllü olaraq 713 saylı tabora yazılır. Budaq Nəsibovun komandiri olduğu üçüncü bölüyün tərkibində döyüş əməliyyatlarında iştirak edib.

Laçın, Ağdərə, Kəlbəcər, Füzuli, Ağdam, Tərtər istiqamətində gedən hərbi əməliyyatlarda döyüş yolu keçib. Kəşfiyyat bölüyündə komandir kimi fəaliyyət göstərib.

1996-cı ildə 701 saylı briqadadan tərxis olunub.

Ordudan tərxis olunduqdan sonra 2001-ci ilə qədər işsiz qalıb.

2001-2009-cu illərdə “Azəriqaz”da çilingər və usta kimi fəaliyyət göstərib.

Ailəlidir, bir oğlu, bir qızı var.

2014-cü ildən Bakı Təmiz Qaz Qapalı cəmiyyətində xətt baxıcısı işləyir.

Sabunçu rayonu, Zabrat qəsəbəsindəki, yeni yaşayış massivində yaşayır.





BAYRAMOV SƏDRƏDDİN DİLƏN OĞLU





27 aprel 1972-ci ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub.

1979-1989-cu illərdə Sarıdaş kənd orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətinin daxili qoşun hərbi birləşmələrində başa vurub.

Orta təhsillidir.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldıranda təcavüzkara qarşı mübarizə aparmaq üçün Bayramov Sədrəddin könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibinə qatılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən sonra 1992-ci ildən 2015-ci ilə qədər Rusiya ərazisində yaşayıb, ticarətlə məşğul olub.

2015-ci il Azərbaycana qayıdan Sədrəddin burada da fərdi bizneslə məşğul olur.

Ailəlidir, bir qızı, bir oğlu var.

Keşlədə, A.Mirzəyev küçəsi, ev 55-də yaşayır.





HƏTƏMOV İSMƏT ƏLİŞ OĞLU







06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.

1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.

1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.

Orta təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat rotasında 1996-cı ilə qədər xidmət edib.

1996-cı ildən 2001-ci ilə qədər Müdafiə Nazirliyinin xüsusi təyinatlı taborunda xidmətinin davam etdirib.

2001-ci ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.

Ailəlidir, iki oğlu var.

Hazırda Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndində yaşayır.





HƏTƏMOV SEYFULLA ƏLİŞ OĞLU






06.05.1972-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olub.

1979-1989-cu illərdə Qılınclı kənd orta məktəbində oxuyub.

1982-1989-cu illərdə Oğuz rayonunun Şirvanlı kəndində orta təhsilini davam etdirib.

1990-1992-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Qazaxıstan respublikasının Cambul vilayətində tank qoşunlarında sürücü-mexanik olub.

Orta təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra Ermənistan tərəfinən aparılan işğalçı müharibədə vətənin müdafiəsinə qalxır. Könüllü olaraq yeni formalaşan 713 saylı taborun şəxsi heyətinin tərkibnə daxil olur. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.Sonradan hərbi xidmətini 701 nömrəli briqadanın kəşfiyyat bölüyündə 1996-cı ilə qədər xidmət edib.

1996-cı ildən 2003-cü ilə qədər xidmətini Kəlbəcər rayonunun mülki polis sistemində davam etdirib.

Ailəlidir, iki qızı, bir oğlu var.

2003-cü ildən indiyə qədər tikinti sahəsində fərdi fəaliyyətlə məşğuldur.

Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayır.





NADİROV RAFAEL QASIM OĞLU







1960-cı ilin 15 oktyabrında Laçın rayonunun Mişni kəndində anadan olub.

1967-1977-ci illərdə Mişni kənd orta məktəbində oxuyub.

1978-1979-cu illərdə Mişni kəndində kolxozda işləyib.

1979-1981-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb.Qazaxıstan respublikasının Semipalatinsk şəhərində mühəndis istehkam qoşun birləşməsində hərbi xidmətdə olub.

Ali təhsillidir.

Sovet ordusundan tərxis olunduqdan sonra Bakı şəhərində mərkəzi telefon qovşağında rabitəçi işləyib.

1981-ci ildə Politexnik İnstitutunun elektromexanika fakültəsinə daxil olur. 1987-ci ildə həmin institutu bitirib.

1987-1992-ci illərdə Bakı şəhəri Nizami rayonunda telefon qovşağında rabitəçi işləyib.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonradan Füzuli rayonunda hərbi əməliyyatlarda iştirak edib. Hərbi hissə dağılandan sonra Laçın polisinin tərkibində mübarizəsini davam etdirir.

Müharibədən sonra bir müddət işsiz qalıb.
1994-1995-ci illərdə Nizami rayon telefon qovşağında rabitəçi kimi işləyib.

1997-ci ildən 2016-cı ilə qədər Rusiyada energetika sahəsində mühəndis kimi çalışıb.

Ailəlidir, bir qızı var.

2016-cı ildən Azərbaycandadır, birinci qrup əlildir.

Hazırda Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 54-də yaşayır.





VERDİYEV BƏHRƏM ZÜLÜ OĞLU







1 mart 1969-cu ildə Laçın rayonunun Haqnəzər kəndində anadan olub.

1976-cı ildə Şuşa şəhərində 1 nömrəli internat məktəbinin birinci sinfinə daxil olmuş, 1986-cı ildə də orta məktəbi bitirib.

Orta təhsillidir.

1987-ci ildə sovet ordusu sıralarına çağırılmış, əsgəri xidmətini Belarusiyada snayperçi olaraq yerinə yetirmişdir.

1989-cu ildə hərbi xidmətini başa vurduqdan sonra vətənə dönüb.

1992-ci il mayın 17-dən könüllü olaraq yeni formalaşan 713 saylı taborun tərkibinə qatılıb, Azərbaycan torpaqlarını işğal edən Ermənistan hərbi birləşmələrinə qarşı döyüşüb. Komendant bölüyündə xidmət edib.

1993-cü ilin noyabrından Kəlbəcərdə 702 saylı briqadanın tərkibində döyüş yolu keçib.

1993-cü il Horadiz əməliyyatında iştirak edib.

Ailə vəziyyətilə əlaqədar olaraq atəşkəsdən sonra ordudan tərxis olunub.

Ailəlidir, iki qızı, bir oğlu, iki nəvəsi var.

Ordudan tərxis olunduğu atəşkəs dövründən 2000-ci ilə qədər fəhlə işləyib. 2001-ci ildən avtobus sürücüsüdür.






MÜRSƏLOV BAKİR ƏFQAN OĞLU




1 oktyabr 1970-ci ildə Laçın rayonunun Vağazin kənd sovetliyinin Kalafalıq kəndində anadan olub.

1977-ci ildə Kalafalıq kənd ibtidai məktəbinə qəbul olub, 1988-ci ildə Vağazin kənd orta məktəbini bitirib. Orta məktəbi bitirdikdən sonra Mirhəsən Vəzirov adına Şuşa kənd təsərrüfatı texnikumuna daxil olub.

1988-ci ildə sovet ordusu sıralarına çağrılıb. Həqiqi hərbi xidmətini Çita və Ulan-ude şəhərlərində rabitəçi kimi başa vurub.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra 1991-ci ilin yanvarından texnikuma bərpa olunub, məlum hadisələrlə əlaqədar 1994-cü ildə texnikumu bitirib.

Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını işğal etdiyini görən Bakir Mürsəlov 1992-ci ildə könüllü olaraq 713 saylı taborun şəxsi heyətinin sıralarına yazılır. Şəhid Vaqif Quliyevin komandiri olduğu ikinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

1994-cü ildən Laçın rayon Polis şöbəsinin PPX batalyonunda Füzuli bölğəsində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində döyüş bölgəsində xidmət edib.

1998-ci ildən 2014-cü ilə kimi Rusiyada yaşayıb, ticarətlə məşğul olub.

2014-cü ildən bu günə kimi fərdi fəaliyyətlə – şlaqbaumların, qaraj qapılarının yığılıb hazırlanması və quraşdırılması işiylə məşğuldur.

Ailəlidir, 1 övladı var.





NURUYEV ƏFQAN ABBAS OĞLU






Nuruyev Əfqan Abbas oğlu 1971-ci ilin yanvarın 10-da Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.

1978-1988-ci illərdə Ağcakənd orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Rusiyanin Permski vilayətində daxili qoşunlarda xidmət edib.

Orta təhsillidir.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu 1-ci bölüyun tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv edildikdən sonra 714-cü hərbi hissədə tağım komandiri təyin olunub.

714-cü hərbi hissə ləğv ediləndən sonra 1993-cü ilin sonlarından 701 nomrəli briqadanın rabitə bölüyündə xidmət edib.

1994-ci il yanvar ayının 10-da Murovdağ əməliyyatında yaralanır.

1994-cü ildən 2-ci qrup Qarabağ əlilidir. Heç bir işlə məşğul deyil.

Ailəlidir, 2 övladı var.

Hal-hazırda Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayır.





ƏHMƏDOV ELBURUS QARAŞ OĞLU




17 iyun 1960-cı ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1967-1977-ci illər arasında Pircahan kənd orta məktəbində oxuyub.

1978-1979-cu illərdə Laçın rayonunda peşə məktəbində oxuyub.

1979-1981-ci illər arasında sovet ordusuna həqiqi hərbi xidmətə çağırılır. Rusiyanın Rostov vilayətində hava hücumundan müdafiə qoşunlarında xidmət edib.

Ali təhsillidir.

1982-1990-cı illərdə İnşaat Mühəndisləri İnstitutunda oxuyub.

1985-1990-cı illərdə Pircahan kəndində sovxozda komsomol komitəsinin katibi olub.

1990-1992-ci illərdə həmin sovxozda təsərrüfat briqadiri olub.

Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalanda könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün yeni formalaşan 713 saylı tabora yazılır. Rəhman İsgəndərovun komandiri olduğu birinci bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibədən sonra bir müddət işsiz qalıb.

1995-ci ildən 2003-cü ilə qədər BTZ-də mühafizəçi işləyib.

2003-cü ildən 2011-ci ilədək bu zavodda quraşdırıcı kimi işləyib.

2012-ci ildən indiyə qədər “Riyad” firmasında mühafizəçi işləyir.

Ailəlidir, 4 övladı var.

Hazırda Sumqayıt şəhəri, 22-ci məhəllə, 1 nömrəli yataqxanada yaşayır.





İSGƏNDƏROV RAFİQ HƏTƏM OĞLU







İsgəndərov Rafiq Hətəm oğlu 1971- ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub.

1978-1988-ci illərdə Kəlbəcər rayonunun Ağcakənd kənd tam orta məktəbində oxuyub.

1989-1991-ci illərdə ci illərdə keçmiş SSRİ-nin Zuyepka şəhərində mühəndis istehkam qoşun birləşmələrində xidmət edib.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan sonra torpaqlarımızın erməni separatçılarından təmizlənməsi üçün könüllü olaraq ordu birləşmələrinə yazılıb. Xidmətinə 701 saylı briqadaya daxil olan 713 saylı taborda başlayıb. Ağdərə və Laçın istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

713 saylı tabor ləğv edildikdən sonra 1994 cü ildə Murov dağında Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

1992-ci il fevralın 2 günü Çiçəkli deyilən ərazidə yaralanıb və hərbi hospitala göndərilib .

2020- ci il 4 oktyabrdan könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda başlanan əks hücum əməliyyatlarında iştirak edib. 285 nömrəli hərbi hissənin tərkibində döyüş yolu keçib. Cəbrayıl , Zəngilan, Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirak edib. 2021-ci ilin yanvar ayının 18-də ordudan tərxis olunub.




HÜSEYNOV ETİBAR XƏLİL OĞLU






Huseynov Etibar Xəlil oğlu 01. 07.1967- ci ildə Laçın rayonunun Vağazin kəndində anadan olub.

1974-1984-cü illərdə Laçın rayonunun Vağazin kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə sovet qoşunlarında həqiqi hərbi xidmətdə olub. Xidmətini 1987-ci ildə başa vurub.

Orta təhsillidir.

Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndləri Vağazinə qayıdır. Az keçmir ki, Laçın rayonununda təmir tikinti idarəsində işə başlayır.

Bir müddət sonra işləmək üçün Rusiyanın Perm şəhərinə yollanır. Burada meşə sənayesində çalışdıqdan sonra yenidən Laçın rayonunun Vağazin kəndinə qayıdır. Kənddə pinəçi və bərbər işləri ilə məşğul olur.

1992-ci ildə Laçın rayon hərbi komissarlığı tərəfindən xidmətə çağırılır. Xidmətinə tankist kimi 801 nömrəli hərbi hissədən başlayır.

801 nömrəli hərbi hissə dağıldıqdan sonra könüllü olaraq yeni yaradılan 713 saylı tabora yazılır. Qumbaraatan vəzifəsində Laçın və Ağdərə rayonların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda iştirak edib.

1993-cü ildən etibarən Ağcabədi rayon Taxtakörpü qəsəbəsində məskunlaşıb yenidən pinəçiliklə məşğul olub.

Ailəlidir, iki övladı var.

1997- ci ildən Bakı şəhəri, Abşeron rayonunda məskunlaşıb.

Yenidən pinəçiliklə məşğul olub.

2006-cı ildən "QARTAL SS "MMC şirkətində mühafizəçi işləyir




ASLANOV BABA SALAMAN OĞLU





Aslanov Baba Salaman oğlu 22 sentyabr 1972-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1980-1990-cı illərdə Mişni kənd orta məktəbində oxuyub.

05 may 1991-ci ildən 01 avqust 1992-ci ilə qədər keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Xidmətin başa çatmasına az müddət qalmış keçmiş SSRİ-də baş verən məlum hadisələrlə əlaqədar olaraq ordudan tərxis olunub. Sovet ordusundan tərxis olunduqdan sonra yeni yaradılan Azərbaycan milli ordusuna qoşulub.

Könüllü olaraq orduya yazılır. 713 saylı tabora daxil olan birinci bölüyün tərkibində işğalçı erməni birləşmələrinə qarşı aparılan azadlıq mübarizəsində iştirak edib.

Bu hərbi hissə ləğv olunduqdan sonra, Laçın rayonu ərazisində döyüş əməliyyatlarında iştirak edən Laçın rayon polis qüvvələrinin tərkibində erməni separatçılarına qarşı döyüşür.

1993-2000-ci illərdə Laçın rayon polis şöbəsində xidmət edib.

Ailəlidir, iki övladı var.

2010-cu ildən Laçın şəhər 1 nömrəli orta məktəbdə təsərrüfat müdiri işləyir.

Hazırda Xırdalan şəhəri, 28-ci məhəllədə yaşayır





QURBANOV AKİF ƏLİ OĞLU




Qurbanov Akif Əli oğlu 01.07.1952-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub.

1959-cu ildə Laçın rayonunun Mişni kənd məktəbinə daxil olmuş, 1969-cu ildə Laçın rayonunun Qarıqışlaq kəndində orta məktəbi bitirib.

1970-ci ildən əmək fəaliyyətinə başlayıb.

1972-1974-cü illərdə keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Ordudan tərxis olunduqdan sonra 1974-cü ildən yenidən əmək fəaliyyətinə başlayıb.

Orta təhsillidir.

Ermənilərin Azərbaycan xalqına və dövlətinə qarşı apardığı terrorçuluq və işğalçılıq hərəkətlərindən sonra dövlətimizi və xalqımızı müdafiə etmək üçün 1992-ci il may ayında könüllü olaraq orduya yazılıb. 713 saylı taborun tərkibində Laçın və Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib.

1993-2012-ci illər arasında neft sənayəsində çalışıb.

2012-ci ildən təqaüdə çıxıb.


Ailəlidir, 4 övladı var.

Hal hazırda Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, bina 11, mənzil 11-də yaşayır.





ŞÜKÜROV MƏRDAN UĞURLU OĞLU







Şükürov Mərdan Uğurlu oğlu. 26.11.1970-ci ildə Laçın rayonunun Qoşasu kəndində anadan olub.

1978-1988- ci illərdə Qoşasu kənd orta məktəbində oxuyub.

1988-1990-cı illərdə Monqolustanda sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Sovet ordusu sıralarından tərxis olunduqdan sonra erməni separatizminin baş qaldırdığını görən Şükürov Mərdan 1992-ci ildə könüllü olaraq orduya yazılır. Yeni formalaşan 713 saylı taborun tərkibinə daxil olan Mərdan Şükürov 3-cü bölüyün döyüşçülərilə birgə Laçın və Ağdərədə erməni işalçılarına qarşı aparılan hərbi əməliyyatlarda qəhrəmanlıqlar göstərib. .

1994-cü ilin əvvəlindən etibarən 1995-ci ilin sentyabr ayına qədər Laçın rayon polis şöbəsinin şəxsi heyətinin tərkibində Füzuli rayon ərazisində gedən döyüşlərdə iştirak edib.

Ailəlidir. iki övladı var.

Xırdalan şəhəri ,H.Aslanov küçəsi, bina 1-də yaşayır.




ŞÜKÜROV ƏRŞAD UĞURLU OĞLU







Şükürov Ərşad Uğurlu oğlu 11 oktyabr 1968-ci də Laçın rayonunun Qoşasu kəndində anadan olub.

1976-1986-cı illərdə doğulduğu kənddə orta məktəbdə oxuyub.

1986-cı ildə sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini Moskva şəhəri ətrafında mühəndis istehkam qoşun birləşmələrində 1988-ci ildə başa vurub.

Sovet ordusindan tərxis olunduqdan sonra 1989-cu ildə Qoşasu kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyib. Bir müddət sonra 1991-ci ildə Qoşasu kəndində yerləşən 26-cı Qurultay adına kolxozda ferma müdiri vəzifəsində çalışıb.

Erməni separatizmi baş qaldıranda Şükürov Ərşad da 1992-ci ildən özünümüdafiə dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsinə qalxır. Könüllü olaraq o zaman Süleyman Əhmədovun komandanlığı altında yeni formalaşan 713 saylı tabora yazılır. Bu tabora daxil olan Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyün tərkibində Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib. Ərşad Şükurov sonradan Kəlbəcər istiqamətində gedən döyüşlərdə də iştirak edib.

Hərbi xidmətdən tərxis olunduqdan sonra günəmuzd fəaliyyətlə məşğul olub.

Ailəlidir, iki övladı var.

Hər iki övladı ali təhsillidir.

İki nəvəsi var.

Hal – hazırda tikinti sektorunda fərdi fəaliyyətlə məşğuldur.

Saray qəsəbəsi, Rza Təhmasib küçəsi, ev 30-da yaşayır.




HÜMBƏTOB KAMİL ƏKBƏR OĞLU






Hümbətov Kamil Əkbər oğlu 16 iyul 1959-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub.

1966-1976-cı illərdə Laçın rayon Hacıxanlı kənd orta məktəbində oxuyub.

1980-1982- ci illərdə Murmansk şəhərində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra kiçik zabitlər hazırlayan kurs keçərək leytenant rütbəsi alıb.

Ali təhsillidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.

Erməni separatizminə qarşı könüllü olaraq Dağlıq Qarabağda gedən döyüşlərə qatılıb. 713 saylı tabora daxil olan 3-cü bölük komandirinin müavini kimi Laçın və Ağdərə istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak edib.

Hazırda Laçın rayon Vüqar Abdullayev adlna Hacıxanlı kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir.

Ailəlidir, 2 oğlu var.

Hümbətov Kamil hazırda Ağdam rayonunun Quzanlı kəndində yaşayır.




MƏMMƏDOV FAMİL MƏMMƏD OĞLU






Məmmədov Famil Məmməd oğlu 02.10.1964-cü ildə Laçın rayonu, Xaçınyalı kəndində anadan olub.

1971-1981-ci illərdə Laçın rayon Piçənis kənd orta məktəbində oxuyub.

1981-1984-cü illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda
təhsil alıb.

1984-1986-cı illərdə Kalininqrad şəhərində sovet ordusu sıralarında hərbi hava qoşun birləşmələri tərkibində həqiqi hərbi xidmətdə olub.

1986-1990-cı illərdə Laçın rayon Qaz-İstismar idarəsində sahə rəisi vəzifəsində çalışıb.

Erməni separatizmi baş qaldırandan sonra Məmmədov Famil Qarabağ müharibəsində 1992-1995-ci illərdə könüllü olaraq 701 saylı briqadaya daxil olan ayrı-ayrı hərbi hissələrin tərkibində Laçın, Ağdərə, Kəlbəcər, Ağdam, Cəbrayıl və Füzuli uğrunda gedən hərbi əməliyyatların iştirakçısı olub.

Müharibədən sonra 1996-2011-ci illərdə Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyətində istehsalat şöbəsinin müdiri vəzifəsində işləyib.

2013-cü ildən etibarən "AzVirt: MMC-də sürücü vəzifəsində işləyib. Hal-hazırda da həmin vəzifədə çalışır

Ailəlidir, 1 qızı və 1 oğlu var.

Qızı Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib bitirib. Ali təhsilli hüquqşünasdır. Sonradan Türkiyənin Dokuz Eylül Universitetində hüquq üzrə magistr olaraq təhsilini davam etdirib. Hazırda İstanbul Universitetində Radio, Televiziya və Sinema fakültəsində qiyabi təhsil alır.

Oğlu hal-hazırda Dövlət Gömrük Komitəsi Akademiyasının hüquq fakultəsində təhsil alır.

Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 b ünvanında yaşayır.




İSAYEV ASİM YELMAR OĞLU





İsayev Asim Yelmar oğlu 18 iyun 1970- ci ildə Laçın rayonumun Alxaslı kəndində anadan olub.

1977-ci ildə Alxaslı kənd orta məktəbinə daxil olub, 5-ci sinifdən təhsilini Bakı şəhəri, Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə davam etdirib.

Orta məktəbi bitirdikdən sonra Binə qəsəbəsində yerləşən 101 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirib.

Orta ixtisas təhsillidir.

1988-1990-cı illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini mühəndis istehkam qoşun birləşmələrinin tərkibində başa vurub.

1992-ci ildə erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün yeni yaranmış 713 saylı tabora daxil olur. Bu tabora daxil olan 1-ci bölüyün tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak edib.

Müharibədən qayıtdıqdan sonra 1993-cü ildə DİN-in nəzdində olan çevik polis alayında işə başlayıb. Bir müddətdən sonra Xəzər RPİ-də xidmətini PPX-da davam etdirib. Bu müddət ərzində yenidən Tərtər, Ağdam və Füzulidə müharibədə iştirak edib.

Ailəlidir, 2 oğlu var

Böyük oğlu 101 saylı peşə məktəbini bitirib, işləmir.

Kiçik oğlu Bakı Slaviyan Universitetini bitirib, işləmir.

İsayev Asim 2020 ci ildə polis orqanlarından təqaüdə çıxıb, hal-hazırda təqaüdçüdür.

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozunda yaşayır.





HƏSƏNOV YUNUS QARA OĞLU




Həsənov Yunus Qara oğlu 30. 09. 1969-cu ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

1976-1986-cı illərdə doğulduğu Pircahan kəndində orta məktəbi oxuyub.

1987-1989-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olub. Xidmətini Uzaq Şərq Hərbi Dairəsində, Ussuriysk şəhərində mühəndis istehkam qoşun birləşmələrində başa vurub.

1988-ci ildən baş qaldıran erməni separatizmi getdikcə daha kəskin forma alırdı.

Bütün bunları görən Həsənov Yunus da əsgəri xidmətdən tərxis olunduqdan sonra 1990-cı ildən etibarən yerli özünümüdafiə dəstəsinin tərkibində doğulub boya-başa çatdığı yurdun müdafiəsinə qalxır.

Həsənov Yunus sonradan könüllü olaraq 1992-ci ildə yeni formalaşan mayor Süleyman Əhmədovun komandiri olduğu 713 saylı tabora yazılır. Bu tabora daxil olan Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyün tərkibində Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib.

Sonradan döyüş fəaliyyətini 777 saylı hərbi hissədə davam etdirən Həsənov Yunus 1994-cü ildə ordudan tərxis olunur.

1994-cü ildən indiyə kimi maldarlıqla məşğuldur.

Orta təhsillidir.

Ailəlidir, iki oğlu, bir qızı var.

Hər iki oğlu orta ixtisas, qızı orta təhsillidir.

Hazırda Qax rayonunda Ənvərçay kəndində yaşayır.




ŞÜKÜROV VASİF ƏHMƏD OĞLU






Şükürov Vasif Əhməd oğlu 1972-ci il martın 22-də Kəlbəcər rayonunun Oruclu kəndində anadan olub.

1979-1989-ci illərdə Oruclu kənd orta məktəbində oxuyub.

1990-1992 -ci illərdə sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılıb. Rusiyanin Kastroma şəhərində hərbi hava qoşun birləşmələrində xidmət edib.

Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü başlayandan sonra könüllü olaraq yeni formalaşan 713 saylı tabora yazılıb. Budaq Nəsibovun komandiri olduğu 3-ci bölüyun tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra 701 nomrəli briqadanın tərkibində xidmət edib. 1994-ci il yanvar ayının 10-da Murovdağ əməliyyatında iştirak edib.

1994-cü ildən 1996-cı ilə qədər Gəncə şəhər Qarnizonunun Hərbi Prokurorluğunda xidməti edib. .

Orta təhsillidir.

1996- cı ildən sonra özəl fəaliyyətlə məşğul olub.

Ailəlidir, bir qızı var, məktəblidir.

Təqaüdçüdür.

Hal-hazırda Yevlaxda , 32 nömrəli qaçqın qəsəbəsində yaşayır.





BAXŞALIYEV MƏRFƏT YUSİF OĞLU






Baxşalıyev Mərfət 1971-ci il avqustun 2-də Kəlbəcər rayonunun Sınıqkilsə kəndində, indiki Hacıkənddə anadan olub.

1979-1989-cu illərdə Sınıqkilsə orta məktəbində oxuyub.

1989-1991-ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidmətini Qazaxıstan Respublikasının Almata şəhərində artilleriya qoşun birləşmələrində başa vurub.

Ermənistanın Azərbaycana torpaqlarına təcavüzündən sonra Mərifət də könüllü olaraq yeni formalaşmış 713 saylı tabora yazılıb. Vaqif Quliyevin komandiri olduğu 2-ci bölüyün tərkibində Ağdərə və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

713 saylı tabor ləğv ediləndən sonra 701 nömrəli birqadanın tərkibində xidmət edib. 1994-cü ilin iyun ayında ordudan tərxis olub.

Orta təhsillidir.

Ordudan tərxis olunduqdan indiyə qədər fərdi təsərrüfatla məşğuldut

Ailəlidir.

Bir qızı, bir oğlu var.

Hazırda da heç bir yerdə işləmir, təqaüdçüdür.

Qəbələ rayonunda yaşayır.






MUSTAFAYEV ELŞƏN MUSA OĞLU











17iyun 1972--ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub.

1978-1988-ci illərdə Ağcabədi rayon Yeni Qaradolaq kənd orta məktəbini bitirib.

1990-cı ilin iyun ayında sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılırb. Hərbi xidmətə Qazaxıstanın Cambul vilayətində tankçı kimi qulluğa başlamış və 1992-ci ilin aprel ayında Belarusiyanın Vitebsk vilayətinin Polotsk şəhərində hərbi xidməti başa vurub.

Sovet ordusu sıralarından tərxis olunduqdan sonra Azərbaycana gələn Mustafayev Elşən 18 gün sonra könüllü olaraq cəbhəyə yollanır.

Sonradan Bakıya gəlib yeni formalaşan 713 saylı tabora yazılır. 1992-vi il avqust ayının 20-nə qədər 713 saylı taborun 1-ci bölüyündə İsgəndərov Rəhmanın komandirliyi altında döyüş əməliyyatlarında iştirak edib.

1992-ci il avqustunda Ağdərə rayonunda ermənilərin Artunaqamer adlandırdıqları kəndəə hücum zamanı yaralanmış, bir müddət hospitallarda yatandan sonra 1994-cü ilin əvvəlində müalicə üçün Rusiyaya gedib.

Ali təhsillidir.

Müalicəsiylə paralel olaraq 1998-ci ildə Moskva şəhərində Beynəlxalq Slavyan Universitetinin hüquq fakültəsinə daxil olur. 2003-cü ildə həmin ali çəktəbi hüquqşünas ixtisası üzrə bitirir. Elə həmin ildən olaraq "ЭФА" şirkətində hüquq məsləhətçisi kimi işləyib.

2014-cü ildə Azərbaycana gəlib Bakı Elektriktökmə ASC-də işə başlayıb. Bir müddət sonra 2018-ci ildə yenidən müalicə üçün Moskvaya gedib.

Ailəlidir. Bir oğlu , iki qızı var.

Hazırda Bakıda yaşayır. Heç bir işlə məşğul deyil.






MUXTAROV YUSİF ABDULLA OĞLU











Muxtarov Yusif Abdulla oqlu 1. 01. 1953-cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

1960-cı ildə Laçın rayonu Alxaslı kənd orta məktəbinə daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirib.

1971-1973-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Moskva şəhərində başa vurub.

Orta texniki təhsillidir. 1975-ci ildə Politexnik texnukumunun mexanizator fakultəsini bitirib. 1976-cı ildən Bakı şəhəri Baş Tikinti İdarəsində çalışıb.

1991-ci ildən rrməni separatçılarına qarşı aparılan mübarizədə iştirak edib. Sonradan könüllü olaraq 713 saylı taborun sıralarına yazılıb. Bir sıra hərbi əməliyyatlarda iştirak edib.

Ordudan tərxis olunandan sonra fərdi fəaliyyətlə məşğul olub.

Üç övladı olub.İki övladı dünyasını dəyişib.

Hazırda Bakı şəhərində yaşayır, işsizdir.






İBRAHİMOV NURU İSA OĞLU







İbrahimov Nuru İsa oğlu 7 yanvar 1968- ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olub.

1975 - 1985 - ci illərdə orta məktəbdə oxuyub.

1986-1988 - ci illərdə Rusiyada, Primorskidə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

1988-1992- ci illərdə erməni separatçılarının pozucu əməllərinə qarşı Laçında Ərdəşəvi kəndində yaranan milli mudafiə dəstəsinin könüllü üzvlərindən biri olub.

1992- ci illərdə 713 saylı tabor və 811- ci batolyonlarda könüllü olaraq döyüşüb.

1994 - 2008 - ci illərdə Rusiyanın Krasnayarck şəhərində ticarətlə məşqul olub.

2008 - ci ildən sonra Azərbaycana gəlib, ayrı-ayrı şirkətlərdə elektirik kimi çalışıb.

Hazırda işsizdir.

Ailəlidir. İki övladı, 5 nəvəsi var.

Hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Tahir Salahov küçəsində yaşayır.








RƏHİMOV ETİBAR ORDUXAN OĞLU










Rəhimov Etibar Orduxan oğlu 1968- ci il 21 yanvarda Laçın rayonunda doğulub.

1975-ci ildə Laçın rayonun Qızılca kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1979 - cu ildən təhsilini Laçın orta internat məktəbində davam etdirib. 1983 - cü ildə Laçın rayon texniki peşə məktəbində çilingər peşəsinə yiyələnib.

1986 - 1988 - ci illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsində daş karxanasında işləyib.

Erməni separatizmi baş qaldırandan sonra 1992-ci ilin sentyabrında könüllü olaraq vətənin yadellilərdən müdafiəsi üçün cəbhə bölgəsinə yollanıb. Mayor Süleyman Əhmədovun komandiri olduğu 713 saylı taborun tərkibində döyüş əməliyyatlarında iştirak edib.

1992-ci il avqust ayının üçüncü ongünlüyündə 713 saylı tabor briqada komandanlığının əmrilə Ağdərədə həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün müvəqqəti olaraq bu rayonda dislokasiya olunur. Taborun döyüşçüləri bir neçə kəndin azad edilməsi əməliyyatında iştirak edib.
1992-ci il 2 sentyabr taixində Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə Etibar düşmən qüvvələri tərəfindən yaralanır, aparılan müalicənin sonucunda qolunu itirir və ordudan tərxis olunur.

Ordudan tərxis olunduqdan sonra Rəhimov Etibar o zamankı qaydalara uyğun olaraq hərbi zavodda işlə təmin edilir. Bu zavodda dispetçer kimi 2000-ci ilə qədər fəaliyyət göstərir. 2000-ci ildə dövlət tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində evlə təmin olunur.

Ailəlidir, bir qız övladı var.

2000-ci ildə Rusiyaya yollanır. Kiçik bizneslə məşğul olur.

Hazırda Tatarıstan respublikasında yaşayır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar