Zəngəzurla bağlı AB-nin mövqeyi

Aktual 14-dek, 14:039 tv713 92 0
Zəngəzurla bağlı AB-nin mövqeyi



Bu gün Brüsseldə keçiriləcək Zirvə görüşü həm Azərbaycan, həm də türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Məsələnin digər önəmli tərəfi isə AB və Rusiya arasında mövcud olan rəqabətlə bağlıdır.

Tv 713. az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Brüssel görüşünün AB-nin enerji təhlükəsizliyinin gələcəkdə davamlı təminatında da xüsusi rolu ola bilər:

“AB 16 noyabrda sərhəddə baş verən erməni təxribatından sonra bu təşəbbüslə çıxış etdi. Lakin Rusiya 26 noyabr Soçi görüşü ilə meydanı boş buraxmadı. Təbii ki, Brüssel görüşündə təşkilatın məsələyə yanaşması çox böyük əhəmiyyətə sahibdir. Amma ortada olan əsas həqiqət budur ki, Zəngəzur dəhlizi türk dünyasını Avropaya bağladığı üçün, digər tərəfdən “Bir kəmər, bir yol” meqalayihəsinin də mərkəz sektorudur. Bununla yanaşı sözügedən xətt “türk sektoru” da adlandırılır. Əgər bu məsələ ilə əlaqədar problemlərin həllinə nail olunsa, Avropa Birliyi tədarük yollarının çoxşaxəliliyi və enerji təhlükəsizliyi məsələsində mühüm addım atmış olacaq”.

Ağar AB-nin görüş zamanı sərgiləyəcəyi münasibətin problemin həllində və ikitərəfli münasibətlərdə gələcəyə dair yol xəritəsinin müəyyən edilməsi baxımından əsas amillərdən biri olacağını vurğulayıb:

“Düşünürəm ki, təşkilatın sonuncu məsələ ilə bağlı özünün xüsusi planları var. Cənubi Qafqazın AB-nin maraq dairəsində olmasının altında yatan bir çox geosiyasi məsələlər mövcuddur. İndiyədək təşkilat daha çox Ermənistanın siyasi müdafiəsi ilə bağlı addımlar atıb. Ancaq AB bu görüşdə olduqca ehtiyatlı və diqqətli davranmalıdır. Çünki prosesin gedişatı əsasən onların Azərbaycana nə təklif edəcəyi və qarşılığında alacağı reaksiya ilə, cavabla bağlıdır. Hazırda AB-nin həm enerji, həm də digər geosiyasi təhlükəsizlik məsələləri ilə bağlı Cənubi Qafqaza böyük ehtiyacı var. Təşkilatın Rusiya ilə də aralarında ciddi problemlər mövcuddur. Ona görə buradakı dövlətləri öz yanında görmək istəyir. Görüş AB-nin yaxın gələcəkdə hansı istiqamətdə siyasət yeridəcəyini də bizə göstərəcək. Burada iki əsas yol var. Təşkilat ya problemin həllinə çalışacaq, yaxud da Azərbaycana və türk dünyasına təzyiqi gücləndirməyə başlayacaq”.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr