Ankaradan Ukrayna ilə bağlı mühüm açıqlama
İlk növbədə Ukraynanın ərazi bütövlüyünü tanıyan və onun siyasi birliyinə əsaslanan yanaşma ortaya qoyulmalıdır ki, Ukrayna tərəfi özünü təhlükəsiz hiss etsin.
Tv 713. az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
"Bunların da aradan qaldırılması üçün orta və uzunmüddətli addımlar atılmalıdır. Biz inanırıq ki, orta yol tapmaq mümkündür. Prezidentimizin indiyədək həyata keçirdiyi beynəlxalq diplomatiya buna diqqət yetirməklə yanaşı, bunun mümkünlüyünü də vurğuladı", - Kalın bildirib.