DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri - 5

Şahidlər və Şəhidlər 28-avq, 09:389 tv713 520 0




NOVRUZOV FƏXRİ SİYAVUŞ OĞLU - ŞƏHİD RƏMZİ NOVRUZOVUN QARDAŞI



 
Novruzov Fəxri Siyavuş oğlu 1974-cü il dekabr ayının 4-də İsmayıllı rayonunun Basqal kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Rəmzi Novruzovun qardaşıdır. Rəmzi Novruzov 2 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olmuşdur. Məzarı İsmayıllı rayonunun Basqal kəndindədir.

Şəhidimizin qardaşı Fəxrı 1981-1986-cı illərdə Basqal kənd orta məktəbində oxuyub. Sonradan təhsilini 1986-cı ildən 1990-cı ilədək Ağsu rayonunun Nuran kənd orta məktəbində davam etdirib.1990-cı ildə yenidən Basqal kəndinə qayıdaraq təhsilini davam etdirib. 1991-ci ildə Basqal kənd orta məktəbinin 10-cu sinfini bitirib.

Ali təhsillidir.

Bakı Ali Hərbi Dənizçilik  məktəbini bitirib.

Bakı Ali Hərbi Dənizçilik  məktəbini bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Hərbi Dəniz Qüvvələrinə göndərilib.

1996-cı il iyul ayının 4-dən 2016-cı il iyul ayının 1-i tarixinədək Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrinə əsasən 2016-cı il iyul ayının 1-dən 654 nömrəli hərbi hissənin Qərargah Rəisi vəzifəsindən 2-ci dərəcəli kapitan hərbi rütbəsində ordu sıralarından tərxis olunub.

Hal-hazırda təqaüddədir.

Ailəlidir. 2 övladı var.

Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, ev №11«А», mənzil 14 - də yaşayır.





SƏFƏRƏLİYEV NAİB MEHMAN OĞLU - SƏFƏRƏLİYEV MEHMANIN OĞLU





Səfərəliyev Naib Mehman oğlu 28.07.1985 - ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Səfərəliyev Mehmanın oğludur.


Səfərəliyev Naib 1991 - 2002- ci illərdə Xırdalan qəsəbəsi, 2 saylı tam orta məktəbdə təhsil alıb

2003- cü ildə orduya həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Gəncə şəhərində yanğınsöndürmə komandasının sürücüsü və daha sonra yanğınsöndürmə komandasının manqa komandiri kimi davam etdirərək kiçik çavuş rütbəsi ilə xidməti 2005- ci ildə başa vurub.

2007- ci ildən Fövqaladə Hallar Nazirliyinin Səbail rayonu dövlət yanğından mühafizə hissəsində işləyib.

2013- cü ildə öz ərizəsiylə işdən çıxaraq 2014- cü ildən indiyə qədər özəl şirkətlərdən birində yanğınsöndürmə və xilasetmə komandasında işləyir.

Ailəlidir, 2 övladı var .

Bakı şəhəri, Xırdalan qəsəbəsi, 27-ci məhəllədə yaşayır.





SƏFƏRƏLİYEV İKRAM BƏHMƏN OĞLU - ŞƏHİD SƏFƏRƏLİYEV BƏHMƏNİN OĞLU



ATA







OĞUL



Səfərəliyev İkram Bəhmən oğlu 17 aprel 1986-cı ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Səfərəliev Bəhmənin oğludur. Səfərəliyev Bəhmən 18 sentyabr 1992-ci ildə Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.

Sonradan Səfərəliyev ailəsi Laçın rayonu, Pircahan kəndinə köçdüyü üçün 2 yaşından 6 yaşına qədər dogma vətənində cəmisi 4 il yaşayıb.

1992-ci il may ayının 18-də Laçın rayonu erməni separatçıları tərəfindən işğal edildikdən sonra Səfərəliyev ailəsi yenidən Bakıya köç etmək məcburiyyətində qalıb.

İkramın atası Bəhmən Səfərəliyev Vətənin müdafiəsinə könüllü olaraq qoşulub. Laçın işğal olunandan sonra yeni formalaşan 713 saylı taborun tərkibində Laçın rayonu ərazisində erməni terrorçularına qarşı keçirilən bir çox hərbi əməliyyatlarda iştirak edib.

Səfərəliyev Bəhmən 1992-ci il sentyabr ayının 19-da Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadır.

Atası Şəhid olandan sonra İkram Səfərəliyev Bakıda anası, qardaşı və bacısı ilə birlikdə Yeni Günəşli qəsəbəsində məcburi köçkün kimi müvəqqəti yerləşdikləri 3 otaqlı bina evində yaşamağa başlayıblar.

1992-ci ilin oktyabr ayından etibarən Yeni Günəşlidə yerləşən Laçın rayonu 18 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş 2003-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

Ali təhsillidir.

2003-2007-ci illər Azərbaycan Dövlət İqtisad Unversitetinin Maliyyə Kredit Fakültəsində oxuyub.

Ailəlidir, 3 qız övladı var.

Ayrı-ayrı illərdə qiymətli kağızlar sahəsində müxtəlif şirkətlərdə işləyib.

Hal- hazırda da həmin sahədə çalışmaqdadır.





ƏHMƏDOV RASİM SÜLEYMAN OĞLU - ŞƏHİD KOMANDİR SÜLEYMAN ƏHMƏDOVUN OĞLU



DİQQƏT MƏRKƏZƏ: Vətən Savaşında 713 Həqiqətləri - 5


1979-cu il 11 sentyabrda Bakı şəhərində anadan olub.

713 saylı taborun komandiri olmuş Şəhid mayor Süleyman Əhmədovun oğludur. Süleyman Əhmədov 18 oktyabr 1992-ci ildə Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.


Şəhidimizin övladı 1986-cı ildə Xətai rayonunda 56 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1996-cı ildə həmin məktəbin onuncu sinfini bitirib.

Orta təhsillidir.

1997-1999-cu illərdə həqiqi hərbi xidmətdə olub. Daxili qoşunlarda xidmət edib.

Əsgəri xidmətdən sonra fərdi fəaliyyətlə məşğul olub.

Ailəlidir.

Hal-hazırda da işləmir, yenə də fərdi fəaliyyətlə məşğuldur.







XASİYEV SƏNAN MAHMUD OĞLU - ŞƏHİD XASİYEV MAHMUDUN OĞLU






Xasiyev Sənan Mahmud oglu 1987-ci il 1 oktyabrda Gürcüstan Respublikası, Dmanisi rayonunun Şindilər kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Xasıyev Mahmudun oğludur. Xasıyev Mahmud 19.10. 1992-ci ildə Laçın rayonunun Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.


Sənan hələ körpə ikən 1990-ci ildə valideyinlərilə birgə Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Naximov kuçəsi, ev 29/2-yə köçərək burada məskunlaşıblar.

1994-2005-ci illərdə 221 saylı orta məktəbdə təhsil alıb.

2005-2007- ci illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olub.

Orta təhsillidir.

Hərbi xidmətdən sonra ayrı-ayrı tikinti sektorlarında çalışıb.

2010-cu ildə ailə həyatı qurub. İki övladı var

2017-ci ildən Zığ gəmi təmiri və tikinti zavodunda ağac emalı sahəsində gəmi dügəri olaraq işə başlayıb.

Hal-hazirda bu sahədə işləyir.





ƏLİYEV SƏBUHİ CAMAL OĞLU - ŞƏHİD CAMAL ƏLİYEVİN OĞLU





Əliyev Səbuhi Camal oğlu 7 may 1990-cı ildə Bakı şəhərində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Camal Əliyevin oğludur. Əliyev Camal 1992-ci ildə Laçın rayonunda Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.


1997- 2008- ci illərdə orta məktəbdə oxuyub.

2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2010-cu ildə hərbi xidmətini başa vurub.

Ali təhsillidir.

2013-cü ildə ADAU- nin şəhər kadastrı fakultəsinə daxil olub, 2018- ci ildə həmin universiteti bitirib.

Ailəlidir, iki övladı var.

2020-ci il sentyabr ayının 29-u könüllü olaraq ordu sıralarına yazılıb. Azərbaycan ordusunun cəbhəboyu keçirdiyi əks hücum əməliyyatlarında iştirak edib.

Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.





ƏLİYEV CABBAR CAMAL OĞLU - ŞƏHİD CAMAL ƏLİYEVİN OĞLU





Əliyev Cabbar Camal oğlu 22 İyun 1991-ci ildə Bakı şəhərində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Camal Əliyevin oğludur. Əliyev Camal 1992-ci ildə Laçın rayonunda Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.

1997-2008-ci illərdə orta məktəbdə oxuyub.

2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini daxili qoşunların xüsusi təyinatlı qüvvələrində davam etdirib.
2011- ci ildə hərbi xidmətini başa vurub.

Orta təhsillidir.

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvüdür. 2016 - cı ilin iyun ayında Ukraynada keçirilən Avropa çempionatında fəxri kursunin ən yüksək pilləsinə qalxaraq Azərbaycan bayrağını dalğalandıraraq himnimizin səsləndirilməsinə nail olub.

Ailəlidir, iki övladı var.

2016 - cı ilin dekabr ayında keçirilən dünya çempionatında gümüş medala layiq görülmüşdür.





BAXIŞOV XALİQ HACIAĞA OĞLU - ŞƏHİD RƏŞİD BAXIŞOVUN QARDAŞI






1971-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Baxışov Rəşidin qardaşıdır. Baxışov Rəşid 5 avqust 1992-ci ildə Laçın rayonunun Pircahan kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Binə qəsəbəsindəki qəbiristanlıqdadır.


Şəhidimizin ailəsi 1972-ci ildə Bakı şəhərinə, Binə qəsəbəsinə köcüblər.

1978 -1986 – cı illərdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olan 136 nömrəli orta məktəbdə oxuyub.

Orta texniki təhsillidir.

1986 -1989 – cu illərdə 112 nömrəli texniki peşə məktəbində avtoelektrik ixtisası üzrə təhsil alıb.

1989- 1991-ci illər arasında sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Sevastopolda hərbi gəmilərə raket hazırlanan hərbi bazada yangından mūhafizə və bas xilasedici olub.

1992-ci ildə Azərbaycan Respublikası daxili işlər orqanına Yasamal rayon mūhafizə xidmətinə baş cavuş təyin edilib. Çavuş təyin olunduğu gündən 2000-ci ilə qədər Yasamal rayonu mūhafizə xidmətində isləyən vaxt dəfələrlə döyüş bölgələrinə ezam olunmuş, Beyləqanda, Cocuq Mərcanlıda ön cəbhədə vətən torpaqlarının müdafiəsində iştirak edib.

Ailəlidir, 3 övladı var.

2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar öz ərizəsiylə işdən azad olunub. Həmin tarixdən indiyə kimi müxtəlif şirkətlərdə və bəzi özəl müəssisələrdə elektrik montajçı kimi işləyib.




HƏSƏNOV QADİR ƏFİLAĞA OĞLU - ŞƏHİD ƏFİLAĞA HƏSƏNOVUN OĞLU





10 avqust 1986-cı ildə Cəlilabad rayonunun keçmiş Pakrovka, indiki Günəşli kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Əfilağa Həsənovun oğludur. Həsənov Əfilağa 2 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Cəlilabad rayonu, Günəşli kənd qəbiristanlığındadır.


1992-ci ildən Bakıya köçüblər. 1993-2003-cü illər arasında Yasamal rayonu 20 saylı litsey məktəbdə oxuyub.

Ali təhsillidir.

2007-ci ildə Azərbaycan Universitetinin tarix fakultəsinin məzunu olub.

2008-ci ildə həqiqi hərbi xidməti başa vurub.

Müxtəlif sahələrdə çalışıb, şirkətlərdə satışla məşğul olub.

2014-cü ildə anası Həsənova Mərifət Musa qızı dünyasını dəyişib.

Ailəlidir, iki övladı var.

Hal hazırda “Bakı Məişət Maşınları” ASC-də işləyir.




BƏYLƏROV SƏFƏR MƏTLƏB OĞLU - ŞƏHİD ƏRƏSTUN BƏYLƏROVUN QARDAŞI







1 yanvar 1977-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Ərəstun Bəylərovun qardaşıdır. Bəylərov Ərəstun 2.10. 1992-ci ildə Laçın rayonunun Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.


1981-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “sovxoz” deyilən əraziyə köcüblər.

1984-cü ildə Binə qəsəbəsi, südçülük sovxozunda 218 saylı orta məktəbin birinci sinfinə daxil olub 1991-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib.

Orta texniki təhsillidir.

101 nömrəli texniki peşə məktəbində sürücü-çilingər təhsili alıb.

1995-ci ildə Cinayət Məcəlləsinin 145-ci maddəsiylə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasıyla həbs edilib. 1999-cu ildə o zamankı dövlət başçısının əvf sərəncamıyla azadlığa buraxılıb.

Həbsdən sonra müalicə almaq üçün Moskvaya yollanıb. Bir il müalicə alandan sonra yenidən Vətənə qayıdıb. Həbsdə olduğu üçün əsgəri xidmətdə olmayıb.

Ailəlidir, iki övladı var.

Bir müddət ticarətlə məşğul olub. Fərdi dükanı var, icarəyə verib.




NƏBİYEV SEYMUR NƏRİMAN OĞLU – NƏBİYEV NƏRİMANIN OĞLU





Nəbiyev Seymur Nəriman oğlu 1981-ci ildə Xankəndi şəhərində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Nəbiyev Mərimanın oğludur.


Seymur 1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldırandan sonra məcburi köçkün kimi Bakıya gəlib.

1988-1999-cu illərdə Bakı şəhərində 62 nömrəli orta məktəbi bitirib.

1999-2000-ci Şaulin kunqfu klubunda idmanla məşğul olub.

Ali təhsillidir.

1999-2003-cü illərdə Neft Akademiyasının energetika fakültəsində təhsil alıb.

2003-2004-cü illərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Kürdmahmudlu, Aşağı Alxanlı, Şükürbəyli kəndlərində ön cəbhədə hərbi xidmətdə olub.

2004-cü ildə türk iş adamlarına məxsus tikinti firmasında işləyib.

2005-ci ildə bir müddət İstilik idarəsində 6-cı dərəcəli təmirçi çilingər işləyib.

2005-ci ildən Heydər Əliyev adına Neft Emalı zavodunda 5-ci dərəcəli növbətçi çilingər işləyir.

Ailəlidir. 2 övladı var.

Hal-hazırda Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 62 mənzil 25- də yaşayır.





FƏRƏCOV ELDƏNİZ BİLAL OĞLU - ŞƏHİD ETİBAR FƏRƏCOVUN QARDAŞI





Fərəcov Eldəniz Bilal oğlu 19 sentyabr 1974 -cü ildə Ermənistan adlanan Qərbi Azərbaycanın Vedi rayonunun Şidli kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Etibar Fərəcovun qardaşıdır. Fərəcov Etibar 5 avqust 1992-ci ildə Laçın rayonunun Pircahan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına Şəhid olmuşdur. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadır.

Şəhidimizin qardaşı 1988-ci ilə qədər Şidli kəndində Nəriman Nərimanov adına orta məktəbdə təhsil alıb.

1988 -ci ildə erməni terroruna məruz qaldıqlarından Bakıya köçmək məcburiyyətində qalıblar.

1991-ci ildə Bakıda 238 nömrəli məktəbi bitirib.

Orta məktəbi bitirdikdən sonra Politexnik Texnikumunun Avtomobil Nəqliyyatı fakültəsində təhsil alıb.

1992 -ci ildə qardaşı Fərəcov Etibar Qarabağ uğrunda gedən döyüşlərdə könüllü şəkildə iştirak edərək şəhid olduğuna görə hərbi xidmətdən azad edilib.

Ailəlidir, 2 oğlu, 1 qızı var

Hal-hazırda heç bir yerdə işləmir, fərdi fəaliyyətlə məşğuldur.




RÜSTƏMOV SƏXAVƏT MEHDİ OĞLU - ŞƏHİD RÜSTƏMOV MEHDİNİN OĞLU





Rüstəmov Səxavət Mehdi oğlu 10.06.1982- ci ildə Laçın rayonunun Pircahan kəndində anadan olub.

713 saylı taborun qərargah rəisinin müavini olmuş Şəhid mayor Mehdi Rüstəmovun oğludur. Rüstəmov Mehdi 6 sentyabr1992-ci ildə Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.


Şəhidimizin oğlu 1989-cu ildə Bakı şəhəri, Nəsimi rayonundakı 292 saylı orta məktəbin birinci sinfinə daxil olub. 2000- ci ildə həmin məktəbi bitirib.

2002- 2004-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əsgəri xidmətini başa vurduqdan sonra 2004- cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna qəbul olub. Texnikumu bitirdikdən sonra öz sahəsi üzrə calışmamışdır.

Texnikumu bitirdiyi gündən indiyə qədər sürücü kimi fəaliyyət göstərir.

Subaydır.

Bakı şəhəri Nəsimi rayonu, 4-cü mikrorayonda yaşayır.








BABAVERDİYEV AZƏR XASAY OĞLU - ŞƏHİD BABAVERDİYEV VÜQARIN QARDAŞI











Babaverdiyev Azər Xasay oğlu 10 fevral 1973- cü ildə Laçın rayonunun Minkənd kəndində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Vüqar Babaverdiyevin qardaşıdır. Babaverdiyev Vüqar 1992-ci ilin avqustunda Laçın rayonunun Hoçaz kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub. Məzarı Bakıda, Şəhidlər Xiyabanındadlr.


1980-ci ildə Minkənd kənd orta məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi bitirib. 1991-ci ilin dekabr ayında hərbi xidmətə yollanıb. 811 saylı alayda xidmət edib. Laçın rayonunun Cicimli,Vağazin, Piçənis,Pircahan kəndi uğrunda gedən döyüşlerde iştirak edib.1992-ci ildə hərbi xidməti başa vurub.

Əsgəri xidmətdən sonra bir müddət ticarətlə məşğul olub. Hazırda işsizdir.

Orta təhsillidir.

Ailəlidir. İki övladı var.

Məcburi köçkün düşdükdən sonra , Abşeron rayon Ceyranbatan qəsəbəsi 147 saylı peşə litseyinin yataqxanasında məskunlaşıblar. Hal hazırda həmin ünvanda yaşayırlar.







RAMİN MUSAZADƏ RAMİZ OĞLU - ŞƏHİD RAMİZ MUSAYEVİN OĞLU






Ramin Ramiz oğlu Musazadə 1991- ci ildə Bakı şəhərində anadan olub.

713 saylı taborun döyüşçüsü olmuş Şəhid Ramiz Musayevin oğludur. Musayev Ramiz 22. 09. 1992-ci ildə Laçın rayonunun Hoçaz dağı uğrunda gedən döyüşdə qəhrəmanlıqla Şəhid olub.

Şəhidimizin oğlu Ramin və bacısı ataları şəhid olduqdan sonra anaları Səfərova Sevilin himayəsində böyüyüblər.

1997 - 2007 - ci illərdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı tam orta məktəbdə oxuyub.

2007-2008 - ci illərdə təhsilini Ağcabədi rayonunda yerləşən atası şəhid Musayev Ramizin adını daşıyan məktəbdə davam etdirib, bu məktəbdən məzun olub.

2009 - 2011- ci illərdə Gəncə şəhərində hərbi xidmətdə olub.

Orta təhsillidir.

2012- ci ildə SOCAR-ın tərkibində olan Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinə imtahanla kipavtomatika üzrə çilingər ixtisasına qəbul olub. Oranı bitirdikdən sonra "Azəriqaz" İstehsalat Birliyində işlə təmin olunub.

Hal - hazırda da burada iş fəaliyyətini davam etdirir.

2012 - ci ildə xərçəng xəstəliyindən anasını da itirib.

Ailəlidir. Bir qızı, bir oğlu var.

Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsi - 55, mənzil 20-də yaşayır.








QULİYEV BEYRƏK VAQİF OĞLU - ŞƏHİD KOMANDİR VAQİF QULİYEVİN OĞLU





Quliyev Beyrək Vaqif oğlu 1990-ci ilin 17 yanvarında Laçın rayonu Ərdəşəvi kəndində anadan olub.

1992-ci ildən etibarən eməni separatçılarının işğal siyasətinin sonucu olaraq Quliyevlər ailəsi də Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsindəki Nəriman Nərimanov adına 4 N-li yataqxanada məskunlaşıblar.

Beyrək Quliyev bu qəsəbədə fəaliyyət göstərən Laçın rayonu 14N-li tam orta məktəbi bitirib.

Ali təhsillidir.

Məktəbi bitirdikdən sonra 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun riyaziyyat və informatika fakultəsinə qəbul olub. 2011-ci ildə həmin institutu bitirib.

Hal-hazırda ixtisası üzrə işləmir.

Atası Quliyev Vaqif Rzaqulu oğlu 1956-ci ildə Laçın rayonunun İpək kəndində anadan olub.

Torpaqlarımızın müfafiəsi uğrunda gedənn döyüşlərdə 713 saylı tabora daxil olan 2-ci bölüyün komandiri olub. 1992-ci ildə Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Quliyev Beyrək hazırda .......
.ünvanda yaşayır.







MƏMMƏDOV CABİR MƏMMƏD OĞLU




Məmmədov Cabir Məmməd oğlu 07 .09.1979 - cu ildə Laçın rayonunun Şamkənd kəndində anadan olub.

1985 - ci ildə Şamkənd orta məktəbinin birinci sinfinə daxil olub.

1992 - ci ildə erməni daşnaklarının təcavüzkar siyasəti ucbatından torpaqlarımız işğal edilən zaman Cabir də məcburi köçkün həyatı ilə üzləşir və Şəki şəhərində müvəqqəti məskunlaşır. Və bu zamandan etibarən orta təhsilini Şəki şəhərindəki Çələbixan qəsəbəsində bitirir.

Hərbi xidmətdə olmayıb.

Orta təhsillidir.

Ailəlidir, 3 övladı var.

2004 - cü ilə qədər kənd təsərrüfatı ilə məşğul olub.

2005 - ci ildən etibarən inşaat sektorunda işləyir.

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran savxoz deyilən ərazidə yaşayır.
Çap et
Oxşar Xəbərlər
Sosial şəbəkələr