"SUS DAĞINI ADLAYAN DÜŞMƏNİ HOÇAZDA 713 QARŞILADI"

Manset / Şahidlər və Şəhidlər 03-noy, 07:309 tv713 11 0

FÜZULİ ALMƏMMƏDOV : ““713-ÜN İNADI DÜŞMƏNİ ÖZÜNDƏN ÇIXARMIŞDI”






713 saylı taborun qəhrəman döyüşçülərindən olan ALMƏMMƏDOV FÜZULİnin, eləcə də digər döyüşçülərin epizodik xatirələri həm qürurverici, həm də gözyaşardıcıdır. Buyurun, siz də oxuyun və bu xatirələri zaman-zaman gələcək nəslə ötürün ki, buraxdığımız tarixi səhvlərdən nəticə çıxarılsın....


...1992-ci ilin oktyabr hüçumlarında Hocaz dağının düşməndən alınmasında 713 saylı taborun döyüşçüləri əsil rəşadət nümunəsi göstərdilər. Oktyabrın 7-də Hoçaz dağını ələ keçirən qüvvələrimiz artıq Laçının tezliklə bizim olacağına tam əmin idilər. Bu döyüşdə düşmən 4 tank, 1 BMP, 1 Ural maşını, 1 zenit qurğusu, xeyli silah -sursat qoyub mühasirədə məhv olacaqlarından qorxub gecə ilə qaçıb getdi.



DÜŞMƏNİ DAYANDIRAN SƏRRAST ATƏŞ


Düşmənin sürətli hücumu və Yaşarın sərrast atəşlə qabaqda gələn tankı vurması qarşı tərəfi əməlli-başlı ayıltdı. Zərbə yaxından və tutarlı olduğu üçün hərəkət dayandı. Canlı qüvvənin qarşı meşəlikdən çıxaraq sepşəkilli irəliləməsi bizə burada qalmağın çətin olacağından xəbər verirdi. Geri çəkilmək, Hoçazdağın zirvəsində mövqe tutmaq lazım idi. Mənim əlimdəki PK pulemyotunu maqazinlə birlikdə daşımaq böyük enerji, güc tələb edirdi. Ancaq baçarmırdım. Rəhmətlik Sədi maqazinləri götürüb "gəl gedək" dedi. "Bunu burada atmaq olmaz" deyib hərəkətə başladı. Düşmənə atəş aça-aça Hoçazdağa tərəf geri çəkildik. Mişnidən “Qara” dediyimiz Zöhrab Alıyevin geri çəkilərkən düşməni ləngitməsi və yoldaşların deyilən yerə çatması özlüyündə böyük şüçaət idi.

Düşmən dağı almaqda israrlı görünürdü. 2 gün əvvəl qənimət kimi ələ keçirdiyimiz tanklardan biri ilə Hoçaza çıxan dar yol kəsilmişdi. Tankistlər isə düşmən tanklarını gözləyirdi. Nəhayət itkisiz döyüş ücün münasib , əlverişli mövqeyə çatdıq...


Ədalətin bölüyü yolun üstündə qaldı. Rəhmanın bölüyü isə Hoçazdağın zirvəsinə qalxdılar. Ağır döyüşlər başladı...



"SUS DAĞINI ADLAYAN DÜŞMƏNİ HOÇAZDA 713 QARŞILADI"


Düşmən işğal zamanı LAÇINLA paralel SUS dağından Hoçaza qədər məsafəni götürəndə heç bir müqavimətlə rastlaşmadığından indi də bu səddi asanlıqla aşacağına şübhə etmirmiş. Düşmən qarşısında dayanan qüvvənin 713- olduğundan xəbərsiz idi. Rəhmanın birinci bölüyündən olan Qəşəm, Asəf, Bakıdan olan Asif (Malış), Arif, Zöhrab, Rafael, Mişnidən Ehtiramın ayağı tutulduğundan məsləhət olmadı cıxsın, Mahmud, eləcə də Pircahandan olan Sahib və yadımdan cıxan digər qardaşlar dağın zirvəsundən düşmənin irəlləməməsi üçün tutarlı zərbələr endirirdilər. Yolun icində düşmənlə üzbəüz Ədalətin bölüyü dayanmışdı. Bizimlə bərabər LAÇINA qovuşacağımıza əmin olan rəhmətlik Sədi də qalmışdı.Yolun üstündə də döyüşən qardaşlardan yadımda qalanlar bunlar idi: Yaşar, Rəhman Qarayev, Qaryağdı Kəlbəcərli, alxaslılardan Emin,sonra Vüqar, İman qardaşları, mən və adı yadımdan cıxan digər qardaşlarla Ədalət.

Mən bu gün çox təəssüf edirəm, o zaman ermənilərin hücumu ərəfəsində toplar və qradlar bizimlə əlaqədən çıxdılar. Qaryağdının briqadanı əməlli-başlı söyməsi hələ də yadımdan çıxmaz. "Köməkləri" isə radioəlaqədən çıxmaqları oldu. Beləcə 713 -ün elə də böyük olmayan qüvvəsi 5 tank, 1 BMP və sayı təxminən 300-dən yuxarı olan canlı düşmən qüvvəsilə üz-üzə döyüşürdü. Hər iki bölük düşmənə layiqli müqavimət göstərməyə başladı. Yolun içində pusquda dayanan tankımızın bir neçə atəşinə düşmən tərəf onlarla mərmi atdı. Xoşbəxtlikdən tankı vura bilmədilər. Dağın zirvəsindən güclü atəşə məruz qalan ermənilər bizim sağımızdakı səngərlər tərəfindən təzyiqi artırmışdılar.



"BRİQADA KOMANDANLIĞI VƏ ARTİLLERİYA SUSURDU"


Ermənilər bizim sağımızdakı qayalıqlara cıxıb bizə atəş acırdılar. Ancaq tutarlı cavabla qarşılaşdılar. Tanklar isə qayalıqlara ardıcıl fasiləsiz zərbələr endirirdilər. O zaman Cəbhə hakimiyyəti isə Bakıda parad kecirirdi.

Briqadanın komandir heyətindən, artilleriyadan isə səs-səmir yox idi. Ançaq 713 öz şəxsi iradəsinə söykənib düşmənə müqavimət göstərirdi. İşlətdiyimiz silahlar, avtomat, pulemyot, qranatamyot idi.Tankın oradan çıxıb başqa istiqamətə gəlməsi hec cür mümkün deyildi. Tankistlər yaxın məsafədən atılan mərminin təsirindən kantuziya almışdılar. Tankı dar yolda qoyub, çıxıb yanımıza gəlmişdilər. Tankı idarə edənin birinin adı yadımda qalıb, Mingəçevirdən idi, adı da Elsevər idi. Beləliklə, tankdan da əlimiz üzüldü. Təkrar yaxınlaşmaq qeyri-mümkün idi. İstər dağdakı, istərsə də yolun içində duran qardaşlar düşmənə layiqli zərbələr endirirdilər...


“713-ÜN İNADI DÜŞMƏNİ ÖZÜNDƏN ÇIXARMIŞDI”


“... Saat təqribən 5-ə qədər düşmənə layiqli müqavimət göstərdik. Döyüşdə komandirin atdığı addım əsgəri daha da dözümlü, daha da iradəli edir. Ədalətin belə keyfiyyətini xüsusi qeyd etmək yerinə düşərdi. Onun belə davranışları, hərəkətləri yolun icində olan qardaşlara inam hissi aşılayırdı. Dağın zirvəsində olan qardaşlar isə bir an belə yorulmadan düşmənə irəliləməyə imkan vermirdilər. Hər əməliyyatdan zəfərlə cıxan Rəhmanın birinci bölüyü bu döyüşü də qələbə ilə başa vuraçaqlarına əmin idilər. Ancaq düşmən də qətiyyən geri cəkilmək belə istəmirdi. Düşmən tankları manevr edərək arxaya çəkilib yenidən zərbələr endirirdi. Axşamın düşməsi və 713-ün inadı düşməni özündən çıxarmışdı. Bayaqdan dağı almağa calışan düşmən indi texnikaları aparmaq barədə düşünürdü...


“DÖYÜŞ MEYDANI CƏHƏNNƏMİ XATIRLADIRDI”


“Texnikaları atıb qaçan ermənilər hücumun kəsərini daha da artırdılar. Artilleriya zərbələrindən döyüş meydanı cəhənnəmi xatırladırdı. Hoçaz yüksəkliyi uğrunda ölüm-dirim savaşı gedirdi. Hoçaz üzrə əməliyyatlara rəhbərlik edən Çinğiz Əliyevin səhər tezdən UAZ-ın arxasında texnika əleyhinə kicik topla “karyer”dən Laçın istiqamətinə keçdiyini gördük.

Hücum ərəfəsində onun necə qayıtdığından şəxsən mənim xəbərim olmadı. 714-ə komandanlıq edən Çingiz Əliyevin əsgərləri Hoçaz-Qaraqışlaq hündürlüklərində mövqe tutmuşdular. Hərbi ehtiyatlarımız artıq tükənirdi. Düşmən isə döyüşün sonunu öz xeyrinə həll etmək istəyirdi.Tank və BMP-ni nə qədər cəhd edib götürmək istəsələr də, imkan vermirdik. Ermənilər yolun içində az bir qüvvənin belə müqavimət göstərməsindən və texnikaları götürə bilməmələrindən tam məyus olmuşdular. Ancaq köməyə bərk ehtiyacımız var idi. Bakıdan olan Faiq adlı bir əsgəri kömək göstərmələri üçün 714-ün mövqelərinə göndərdik. Allah qəni-qəni rəhmət eləsin Ülfətin bölüyü bizim səngərlər tərəfə gəlməyə başladı. Gələn köməyi aralıdan görən ermənilər hücumla vidalaşıb kor-peşiman geri qayıtdılar”...



“ERMƏNİ VƏ RUS ƏSGƏRLƏRİ GECƏYLƏ BİZİM POSTA HÜCUM EDİBLƏRMİŞ”


…1992-ci il dekabr ayının 3-ü idi. Gecə komandirimiz İsgəndərov Rəhmanla Pircahanda gecələməli olduq. Güclü qar yagmışdı. Soyuqbulaqda olan 714 -ün Pircahana gəlişini gözləyirdik. Buradan da Kəlbəcərə getməli, son dayanacagımız da Bakı olmalı idi…

Çingiz Əliyev batalyonu aparıb yenidən say etibarilə formalaşdırıb geriyə döyüş bölgəsinə qayıtmaq niyyətində idi...

Sübh tezdən bizim tərəfdən qradlar işləməyə başladı. Ermənilərin Hoçaza hücum etdikləri, bir postumuzu ələ keçirdiklərini eşitdik.

Komandirimiz İsgəndərov Rəhman Çingiz Əliyevlə rabitə əlaqəsinə girdi. Məlum oldu ki, ermənilər gecəylə bizim postumuza hücum ediblər. Aralarında ruslar da var imiş. Həmin erməni və rus əsgərləri Qarıqışlaq istiqamətindən qalxıb qayalıqda yerləşən 7 nəfərdən ibarət postumuza hücum etmiş, 4 nəfər əsgərimizi öldürmüşlər. Qalan 3 döyüşçümüz isə postu tərk etmək məcburiyyətində qalıblar.

Komandirimiz İsgəndərov Rəhman dərhal “Hoçaza köməyə getməliyik” dedi. Qarlı, çovğunlu bir gün idi. 713 saylı taborun döyüşçüləri isti yay günlərindən bu yollara yaxşı bələd idi.

Qarın hündürlüyü yarım metrə çatardı. Biz birtəhər Mişni kəndinin altındakı sərt döngələrdən keçib Soyuqbulaq kəndinin dolaylarına qədər gəlib çata bildik. Ancaq yanacağın qurtarması, bizi maşınla “vidalaşmağa” məcbur etdi. Komandirlə düşüb piyada getməyə başladıq…


“ERMƏNİ SNAYPERİ SƏDİ QARDAŞIMIZI DÜZ ÜRƏYİNDƏN VURMUŞDU”


..Soyuqbulaq tərəfə baxanda Mişni tərəfə yol ilə bir neçə əsgərin gəldiyini görüb dayandıq. Döyüş gedən vaxtı belə geriyəqayıdış komandirimiz Rəhmanı da, məni də şübhəyə saldı.

Qərara gəldik ki, gözləyək, bu gələnlərin kimliklərini öyrənək. Beləcə gözləməyə başladıq. Onlar gəlib yaxınlaşanda gördük ki, kəndin arxasındakı dağda müdafiədə duran əsgərlərdilər. Su gətirmək ücün Soyuqbulağa düşüblərmiş.

Biz yolumuza davam etdik. Çingiz Əliyev batalyonu Hoçaza döyüşə aparmışdı. Hiyləgər ermənilər bicliklərindən tələyə düşmüşdülər. Rəhmətlik Ülfət öz bölüyü ilə Qarıqışlaq tərəfdən qayalığa cıxan yolu nəzarətə götürmüşdü. Rəhmətlik Sədi isə bir necə əsgərlə qayalıgın “ƏLİ BULAGI” tərəfindən düşmənin qarşı tərəfinə keçmişdilər. Eyni zamanda Qorxmazın batalyonu da düşməni bizim Soyuqbulağa birinci gəlişimiz zamanıı tutduğumuz hündürlüklərdən atəşə tutmuşdular. Beləliklə ermənilər hündür çılpaq qayalıqda açıq hədəfə çevrilmişdilər…

Döyüşlərdə qənimət kimi ələ keçirilən tanklardan heç birini işə salmaq mümkün olmamışdı. Bütün bunlara baxmayaraq kiçik çaplı silahlarla döyüşən əsgərlərimiz düşməni düz çökməyə vadar etdilər. Təəssüflər olsun ki, rəhmətlik Sədi qayalığa yaxınlaşarkən erməni snayperi onu ürəyindən vurmuşdu…



ƏSİR ERMƏNİNİN ETİRAFLARI


Gecə qarın yağmasını fürsət bilən ermənilər XOZNAVAR kəndinin qarşısındakı postlardan kecib bizim mövqelərə həmlə edərək döyüşçülərimizdən dördünü öldürmələri onlarda daha da qabağa getməyin asan olacağı ümidini yaratmışdı. Rəhmətlik Ülfətin öz bölüyü qayalıgın QARIQIŞLAQ tərəfdən yolu nəzarətə götürməsi düşmən qüvvələri cıxılmaz duruma salmışdı.

Eyni zamanda rəhmətlik Sədi də əsgərlərlə qayalığı ƏLİ bulağı tərəfindən atəş altında saxlaması erməniləri mühasirə vəziyətinə salmışdı. Güclü qar yağdığından ermənilər döyüş meydanında 25 nəfərin cəsədini qoyub qaçmışdılar.

714-ün döyüşçüləri iki ermənini əsir götürmüşdülər. Bu iki nəfərdən biri 53 yaşlı Qarabağ ermənisi idi. O həm də düşmən tərəfində döyüşən 45 nəfərlik dəstəyə bələdcilik edirmiş. İkinci erməninin 24 yaşı var idi - LENİNAKAN ermənisi idi.

Əsirlərlə əsir qayda-qanunları ilə davranmağa başlandı. Ayaqqabıları soyunduruldu. Bələdcilik edən ermənini Qorxmazın batalyonuna verdilər. Qorxmazgilin batalyonundan əsir düşən əsgərləri olmuşdu, onu dəyişmək üçün bu ermənilərdən birini onlara verdilər. Təəssüflər olsun ki, Mişnidə toyuq hininə salınmış erməni üstündəki toqqa ilə özünü asmışdı. Bizim payımıza düşən erməni isə bir güllə belə atmamışdı. Avtomatına baxanda bildik.

Həmin erməninin söylədiklərindən: “Anamdan başqa heç kimim yoxdur. Aidiyyatı instansiyalara bununla bağlı dəfələrlə söyləsəm də, heç fikir verən də olmadı. Korrupsiyaya bulaşmış qüvvələrin daha böyük gəlir əldə etmələri üçün müharibə faktoru ən gəlirli sahədir. Heç kimim olmasına baxmayaraq və anamın tək tənha qalmasına məhəl qoymayaraq mənə dedilər ki, ya özün getməlisən, ya da tələb olunan məbləği verməlisən. Mən də pul tapa bilmədiyindən döyüşə gəlmək məcburiyyətində qaldım”...

Əsirliyin dadını həmin erməniyə öz əməlləri, öz elədikləri çərçivəsində əməlli- başlı dadızdırdıq...

Biz yaralı və Şəhid qardaşlarımızın meyidlərini Soyuqbulağa gətirənə kimi artıq hava qaralmışdı...


ŞƏHİD QARDAŞLARIMIZLA SON VİDA


...Yaralılara ilkin yardım edildikdən sonra ağır vəziyyətdə olanları, eləcə də şəhid olmuş qardaşlarımızı ZİL 131- in üstünə yerləşdirdilər, nisbətən yünğülləri isə maşının kabinəsində oturtdular. Maşını Nemət idarə edirdi. Mən isə yaralı və şəhid qardaşlarımızla bir yerdə kuzada idim.
Yolun sərtliyi, qarın yağması, havanın soyuqluğu və yaralıların sızıltısından, bir də gedəcəyimiz ünvanı fikirləşəndə adam dəli olmaq dərəcəsinə gəlirdi.
Müharibə adamları o anda mənim hansı hislər keçirdiyimi gözəl bilərlər.
Nəhayət Zavoda catıb yaralıları həkim məntəqəsinə yerləşdirdik. Səhidlərimizi meyidxanaya təhvil verdik.
Nemət mənə rəhmətlik Sədinin ciblərinə baxmagı məsləhət bildi. Ciblərinə baxdım, qardaşının doğum haqqında səhadətnaməsi, bir də attestatı, o biri cibində isə 4000 manat pulu var idi. Bunları götürüb Şəhid qardaşlarımızla son dəfə vidalaşdıq...
Geriyə - Soyuqbulağa qayıtmaq lazım idi. Nə qədər çətin olsa belə mütləq getməliydik. Çətin də olsa Soyuqbulağa qayıda bildik.
Bu gün Bakıya çıxacaq batalyon iki qəhrəman oğlunu beləcə itirdi. İkinci Şəhid qardaşımız isə Ç. Əliyevin rabitəçisi Fuad idi.



SƏDİ BİZİ GÖZLƏMƏDİ...
ONUN
ÜÇ MƏRASİMİNƏ ÇATDIQ



Qismətə bax, SƏDİ bizi gözləmədi!
Haqqın dərgahına beləcə qovuşdu!..
Əsir ermənini Ç. Əliyev və rəhmətlik Ülfət Kəlbəcərə aparıb, oğlu Ağdərədə əsir düşmüş Kor İmran adlı kişiyə verəcəkdilər. Elə həmin gün gecə Kəlbəcər rayon mərkəzinə gəldik. Əsiri Ülfət apardı. Fuadın meyidini məsciddə yudurub tabuta qoydular. Onu da qeyd edim ki, onun meyidini gecə aparmaq mümkün olmadı. Kəlbəcərdən olan əsgərlər və İsgəndərov Rəhman danışılmış vaxta qədər gözləməli idilər. Biz həftənin beşinci günü Kəlbəcərdən Bakıya yola düşdük.
Rəhmətlik Sədinin 3 mərasiminə çatdıq. Atası Əli kişi, qardaşı, anası ilə görüşdük. Sədinin cibində olan pulunu, digər sənədlərini atası Əli Kişiyə verdik.
Mərasimdə döyüşüçlərdən də iştirak edirdilər...

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!



İGİD TEYMURLU
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr