KOR OLAN SEVGİ ÜÇÜN MEDİTASİYA

Manset / Yazarlar 27-dek, 09:089 tv713 20 0




İGİD TEYMURLU



MƏTBUATIMIZIN AŞAĞILIQ SEVGİSİ



Azərbaycan mətbuatındakı bütün BÜTLƏR sındırılmalıdır - kişiliyindən, qadınlığından asılı olmayaraq. Çünki o BÜTLƏR zatən bir kötük! Bütlük onların maraq xatirinə oynayan qiymətləri, kötüklüksə onların layiq olduqları və qoyulduqları yer - aşağılıq...

Bugünkü mətbuat 3-5 nəfər bütləşdirilən kötüyün monopoliyasında dizin-dizin süründürülməkdədir!!!

Mən bilmirəm, öyləsə siz deyin: "obyektivliyi" mətbu sferaya pırtdayıb çıxdığı kanalizasiya lükündən gələn iy qədərində olan, hər daim hakimi-mütləqlərin qulbeçəsi rolunda çıxış edən, antitəbliğat yoluyla guya ki, "qarşı olduğu"na əslində at və it sədaqəti göstərən saqqallı-saqqalsız personayların, nişan üzüyünü hərraca çıxaran badamgözlülərin mətbuata gətirdikləri yenilik axı nədən ibarət olub?

Bu gün "Xəbərçi"lik əslində sözlə çilingağacı oynayanların əlində çilik-çilik olub. Söz oyununda alt qatla üst qat bir-birinə qarışıb. Sözün Cəng Meydanında qılınc qurşanan yoxdur, zurna balaban çalanlar var və hər gün də bu dəstə çoxalmaqda. Özləri çalıb özləri də oynayırlar. Heç pullarını verən də yox...

"Maarifləndirmə"nin mahiyyətini ölkə mətbuatının "birinciləri" şəhadət barmağına oxunan mədhiyyədə, qədərindən qat-qat artıq sevə-sevə oxuduqları serenadalarda görürlər. Mətbu fahişəliyə ənlik kirşan çəkilib göz qamaşdırılaraq bakirəliyin simvolu kimi cəmiyyətə təqdim edilir. Adətimiz, ənənəmiz, kimliyimiə ayna tutan gələnəklərimiz arxa plana keçirilir. zamanın çaxçaxında unutdurulur. Artıq cəmiyyətin bütün sferasına o "birincilik" eşqi sirayət edib. "Birinci" olmaq istəyən digər sahənin yönətənləri mətbu "birincilər"in bığının altından keçirilir. Ki, öz sahələriin "birincisi" olaraq cəmiyyətə tanıdılsın. Əks təqdirdə sındırdıqları güzgü qırıntılarında öz "eybəcər simaları"yla baş-başa qalacaq və zar-zar ağlayacaqlar. Və bunu edən mətbu "birincilər"in qarın psixologiyasıyla "reytinq" xatirinə birinci" olmaq eşqləridir.
Televiziya, radio, çap mətbuatı, ya da saytlar olsun - fərq etməz. Məhz bugünkü yurnalistikanın da "birinciləri"nin sayəsində Azərbaycan mənəviyyatı para hesabına zorlandı!!!

Məhz bugünkü yurnalistikanın "birinciləri"nin sayəsində eybəcər cəmiyyət kodeksi, yaltaqlıq, məddahlıq, yalan danışmaq sevgili məmləkətdə arzu olunan yaşam tərzimizə çevrildi!!!.

Məhz bugünkü yurnalistikanın "birinciləri"nin sayəsində mətbu şəbəkələşmə özünün pik nöqtəsinə çatdı!!!

Məhz bugünkü yurnalistikanın "birinciləri"nin sayəsində heç bir potensialı olmayan papanın gül balaları hansısa "şedevr yaratdılar", hansısa nominasiyada qos-qoca yazarları qatdalayıb ciblərinə qoydular!!!

Və bununla da yalan bizi ayaqladı, ayaqlar altında qaldıq, bizi ayaqlayan yalanların qurbanına çevrildik. Boynu qırmızı xaltalı quzulr da özünü "4-cü hakimiyyət"ə siğə edən mətbuat, daha doğrusu MƏTBU AT!!!

Bu gün həmin Mətbu Atı minib çapanlar əslində mətbu "birincilər"in özlərini hara istəyirlərsə yallama sürürlər. KİV-ə Dəstək Fondu da bunların yem dağarcığıdır. Örüşə buraxmaq da lazım deyil, vaxtı vaxtında arpasını, suyunu ver, min, çap!

Azərbaycan yurnalistikasının "birincilər"inə elə gəlir ki,bunlar hətta zamanın özünə belə hiyləgərlik donu biçiblər. Fərqində də deyillər ki, yalları və quyruqları kəsilən bu Mətbu At əslində cəmiyyətə heç bir başucalığı gətirmir, əksinə cəmiyyətimizdəki bütün mənəvi dəyərlər sistemini darmadağın edir. Deşilən çuvaldan və yerə tökülən dənlərdən xəbərləri yox! Və dərd orasındadır ki, deşilən çuval da, yerə tökülən dənlər də bizim.

Tanrı millətimizi Bütlərə tapınma aşağılığından hifz eləsın! Kahr olsun Bütlük xatirinə özünü bazara çıxaranların aşağılıq sevgisi!. Kor olan sevginizin meditasiya yoluyla təmizlənməsi üçün etdiklərinizə deyil, eləmədiklərinizə, görmək istəmədiklərinizə sahib çıxın. Bu da sizlər üçün mənəvi təmizzlənmə texnikasıdır...
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr